x
Loading...

ABŞ-ın seçki islahatlarındakı ziddiyət

ABŞ-ın seçki islahatlarındakı ziddiyət
19:17 15 Mart 2015
59 Digər
Ölkə mətbuatı
A- A+
.

ABŞ-da prezident seçkilərinin ilkin mərhələləri artıq başlayıb. Böyük məbləğdə pul toplanıb, planlar qurulub, müxalifətlə bağlı araşdırmalar gedir və Hilari Klintonun hökumət işi üçün qeyri-rəsmi e-mail hesabından istifadə etməsinin ortaya çıxması ilə ilk böyük qalmaqal çıxıb. Qarşıdan ilkin seçkilər gəlir. ABŞ-da hazırkı prezident yenidən namizədliyini irəli sürə bilmədiyi halda prezident seçkiləri iki il çəkir.
 
Bu seçki prosesi iki səbəbdən beynəlxalq əhəmiyyətli bir prosesdir. Birincisi, dünyanın yeganə qlobal gücü getdikcə yalnız özünü düşünəcək, Konqresin hər iki palatasını idarə edən müxalifət partiyası tərəfindən zəiflədilmiş prezidentin isə imkanları getdikcə məhdudlaşır. Bütün prezident seçkilərində müxalifət partiyasından olan bir namizədin seçilməsindən sonra qarışıqlıq çıxacağı gözlənildiyindən bu, müəyyən mənada narahatedicidir. Seçki mövsümündə dünya sərvətinin təxminən dörddə birini istehsal edən və dünya okeanlarına hökm edən bir ölkədən qaynaqlanan qorxuducu özünü tənqidlər eşidiləcək. Bunu Honduras kimi bir dövlət etsəydi, nəzərə çarpmazdı. Ancaq söhbət ABŞ-dan gedirsə, ictimai çıxışlar digərlərini ABŞ-ın dağılmaq üzrə olduğuna və bu ehtimalın beynəlxalq məsələlərdə ən azı bəzi fəaliyyətləri formalaşdıracağına inandıra bilər.
 
Siyasi Ambisiyaların Yumşaldılması
 
ABŞ özünü bütün dünyaya nümunə nümunə kimi görür. Digər namizədin Amerika vədinə xəyanət etdiyi və bununla da onu məhv etdiyi düşünülür. ABŞ-ın qurucuları siyasətdə məhdudiyyət olmadığını anlamış və demokratiyanı məhdudlaşdırıb nümayəndəli demokratiyanı önə çəkməklə problemləri həll etməyə çalışıblar. Amerikalılar müxtəlif mürəkkəb proseslərlə nümayəndələrini seçirlər. Onlar prezidentləri yox, Seçicilər Kollegiyasının üzvlərini birbaşa seçirlər.
 
Qurucuların insanların həm güclü, həm də laqeyd ambisiyalarından qorxuları qədim bir müəssisə olan Seçicilər Kollegiyasında hələ də özünü göstərir. Qurucular dövlətin zəruriliyini tam anlasalar da, dövlətə etibar etmirdilər. Onların iki fikri var idi: nümayəndələr qanun qəbul edəcək və bu nümayəndələrin peşəsi siyasət olmayacaq. Onların ilkin məqsədi yenidən seçilmək olmadığından qanunların hazırlanmasında öz təcrübələrdinən istifadə etmələri üçün demokratik təzyiqlərdən azad idilər.
 
Qurucular nəticə etibarilə dövlətdən daha önəmli olan biznes, təsərrüfat, kilsə və s. olan vətəndaş cəmiyyəti və yersiz, həddən artıq siyasi ambisiya görmüşdülər. Onlar kişilərin müxtəlif səviyyələrdə nümayəndə olaraq seçilə biləcəklərindən qorxurdular. Nümayəndələrdə mötədilliyin təmin edilməsi və ən azı onların siyasətə olan maraqlarını məhdudlaşdırmaq üçün əmlak tələbləri, yetkinlik dərəcəsi üçün isə yaş tələbləri qoydular. Qurucular düzgün hesab etdikləri standartlarla – şəxsi işlərin üstünlük təşkil etdiyi, ictimai işlərin isə əziyyətli bir vəzifə olduğu öz sosial siniflərinin dəyərlərini qarşılaşdıraraq nümayəndəli demokratiyanı formalaşdırmağa çalışdılar.
 
Bu o demək deyil ki, qurucular hökumətə əhəmiyyət vermirdilər, əksinə, hökumət sivilizasiyada əsas rol oynayırdı. Onlar seçicilər tərəfində ambisiyaların həddən artıq çox olmasından narahatlıq duyduqlarına görə, nümayəndəli hökumətin respublika formasını yaratdılar, çünki cəmiyyətin ambisiyalarından qorxurdular. Qurucular bu ambisiyaların yarada biləcəyi emosiyalardan, siyasi partiyalardan və fraksiyalardan da çəkinirdilər.
 
Partiyalar və Rəhbərləri
 
Əlbəttə, siyasi partiyaları yaradanlar da qurucular idi. Əmlak tələbləri çox tez bir zamanda ləğv edildi, dövlət palatalarının senatorları seçəcəyi ideyası yox oldu, ideoloji ambisiyalar və qalmaqallar ortaya çıxdı.
 
Hər bir ştatda, ştat daxilindəki rayon və şəhərlərdə siyasi partiyalar təşkil olundu. Bu partiyaların iki vəzifəsi var idi. Birincisi bütün səviyyələrdə seçki üçün namizədlərin təklif edilməsi, ikincisi isə varlıdan yoxsula qədər cəmiyyətin bütün sinifləri ilə dövlət arasından vasitəçilik idi.
 
Partiya rəhbərlərinin uzaqgörənliyi yox idi. Qurucuların da istəmədiyi bu idi: özlərinin vəzifə tutmaları şərt olmayan, ancaq kimin vəzifəyə gələcəyinə nəzarət edən peşəkar siyasətçilər. Vəzifəyə gələnlər işlərini partiya rəhbərinə borclu olduqlarından, qanunvericiliyi həmin rəhbərlər müəyyənləşdirirdilər.
 
Korrupsiya üçün yaradılmış bu sistem qurucuların fikirlərini pozdu, ancaq bir tərəfdən də onların fikirləri düz çıxdı. Partiya rəhbərlərinin səlahiyyətləri xidmət edə biləcəkləri koalisiyaların yaradılmasında özünü göstərirdi. İmmiqrantların zavodlarda işləməyə gəldikləri böyük sənaye şəhərlərində insanların işlə, xidmətlə təmin edilməsi, məktəblərin təmiri və s. bura aid idi. Onlar bunu cəmiyyətin xeyrini düşündüklərinə görə yox, iqtidara sahib olmaq istədiklərinə görə edirdilər. Məktəb tikən şirkətlər partiya rəhbərlərinə rüşvət versələr də, küçələri düzəldən şirkətin sahibi rəhbərin qohumu olsa da, nəticə etibarilə məktəblər tikilir, küçələr düzəldilirdi. Siyasi vasitələr olan qurumlar və ya şəxslər kənd yerlərində də fəaliyyət göstərirdilər.
 
Partiya rəhbərləri qalib gələcək namizədin seçilməsi məqsədilə hər dörd ildən bir iclas keçirirdilər. Sistem korlanmış olsa da, Avraham Linkoln, Teodor Ruzvelt, Vudro Vilson, Franklin Ruzvelt, Heri Truman və Duayt Eyzenhauer, eləcə də bəzi çox da məşhur olmayan liderlər gətirdi.
 
Partiya Rəhbərləri Sisteminin Dağılması
 
Riçard Niksonun prezidentliyindən sonra, 1972-ci ildən başlayaraq ABŞ siyasi rəhbərlər sistemindən çıxmağa başladı. Buna əsas etibarilə bütün vəzifələr üzrə ilkin seçkilərin genişləndirilməsi ilə nail olundu. Artıq siyasi rəhbərlər namizədləri seçib onları idarə etmir, namizədlərin seçilməsi üçün birbaşa demokratik seçkilər keçirilirdi. Belə olduğuna görə, namizədlər artıq rəhbərlər qarşısında yox, seçicilər qarşısında borclu olurdular. Hər seçki ilində seçicilər namizədləri, daha sonra isə hansı nazimədin vəzifəyə gələcəyini seçməli idilər. Zaman keçdikcə siyasi vasitələr səlahiyyətlərini itirdilər və çoxsaylı seçkilərlə əvəz olundular. Qurucular nə demokratiyanın bu səviyyəsini, nə də partiya rəhbərlərinin olmasını istəmirdilər.
 
Bu dəyişikliyin iki gözlənilməyən nəticəsi oldu. Birincisi, pulun siyasi prosesdə əhəmiyyəti artdı. Əvvəlki sistemdə namizədlər partiya rəhbərlərinin dəstəyi üçün onları razı salmalı idilər. Bu da vaxt aparır və müxtəlif vədlər verilməsini tələb etsə də, böyük məbləğdə pul getmirdi. İlkin sistemə görə, milli seçkidən başqa demək olar bütün ştatlarda ilkin seçkilər də keçirilir. Bu isə hər bir ştatda təbliğat aparılması üçün böyük xərclər çəkilməsi deməkdir.
 
Korrupsiyanın qarşısı alınsa da, pulun rolu artdığına görə, siyasi sistemdə yayılmış korrupsiya növləri dəyişdi. Korrupsiya siyasi rəhbərlərin öz xeyirlərinə istifadə etdikləri vasitədən maliyyə yardımı toplayanlarla xüsusi rəftar vasitəsinə çevrildi. İslahatçılar verilən pulun məbləğini məhdudlaşdırmağa çalışsalar da, iki faktı nəzərdən qaçırdılar. Birincisi, prezidentlik üçün ilkin sistem olduqca bahalıdır, sadəcə ona görə ki, 50 ştatda cəmiyyətə nəyisə çatdırmaq bir sərvət bahasına başa gəlir. İkincisi, hökumətə təsir göstərmək istəyinin qarşısını almaq heç də asan deyil. Yenə də maliyyə yardımı göstərilməsi üçün vasitələr təmin ediləcək. İslahatlar korrupsiyanın formasını dəyişdi, onun aradan qaldırmadı.
 
İkinci nəzərdə tutulmayan nəticə isə siyasi qütbləşmənin adi hal alması oldu. Partiya rəhbərlərinin güclü ambisiyaları olmurdu, səsverməyə gedənlər isə adətən buna meylli olurdular. ABŞ-da keçirilən səsvermələrdə fəallıq səviyyəsi həmişə aşağı olur. Qurucular səsverməni bir çox ölkələrdə olduğu kimi həftəsonuna yox, çərşənbə axşamına salmışdılar, bu isə iş günüdür. Onlar siyasi fəaliyyəti şəxsi həyatdan daha az önəm verərək tərtib ediblər və seçki gününün rəqabətində də şəxsi həyat çox vaxt qalib gəlir, xüsusilə də ümumi və ilkin seçkilər vaxtı.
 
İlkin seçkilərdə səsverənlər, adətən, bunu inamla edirlər. Ümumi seçkilər zamanı ən çox seçicinin olduğu mərkəz üçün isə eyni şeyi demək olmaz. Güclü istək hər iki partiyada özünü göstərir. Bu, o deməkdir ki, ilkin seçkilərdə yalnız iki növ namizəd qalib gələ bilər. Onlarda biri olduqca yaxşı maliyyə dəstəyi görmüş, digəri isə ideoloji baxımdan özünü bu işə həsr etmiş namizədlərdir. Maliyyə yardımı toplayan ən üst qurumlar ən istəkli seçicilərlə qarşılaşırlar, müzakirə isə mərkəzi pulla almağın mümkün olub-olmamasıdır. Çox vaxt bunun cavabı müsbət olmur. Nəticə isə odur ki, partiyada azlıq təşkil edən tərəflər ilkin seçkilərdə çox vaxt ümumi seçkilərdə qalib gəlməyən namizədləri seçirlər. Onların fikrincə, əgər prinsiplərinizdən imtina edirsinizsə, qalib gəlməyin heç bir mənası yoxdur.
 
Bütün bunlar Nümayəndələr Palatasına və Senata keçirilən seçkilərə də eyni qaydada aiddir. Artıq deyildiyi kimi, heç vaxt indi olduğu qədər ikipartiyalı sistem olmayıb. Başqa bir partiya ilə əməkdaşlıq üçün qoyulan cərimələr olduqca yüksəkdir. Bunu yalnız mərkəzi aradan qaldıra biləcək qədər pul toplaya bilənlər edə bilər. Bunu etmək isə asan deyil.
 
1972-ci ildən bu yana ABŞ-da Ronald Reyqan, iki Buş, Bill Klinton və Barak Obama kimi prezidentlər seçilib. Bunun partiya rəhbərlərinin seçdiyi liderlərlə müqayisəsi oxuculara qalıb. Ombudsman sistemi isə pozulub. Rəhbərlər sisteminin dağılması italyan, irlandiyalı və yəhudilərin cəmiyyətə daxil olmasını asanlaşdırıb, qaradərili və ispandilli amerikalıların daxil olmasını isə çətinləşdirib. Bu məqalədə həmin rəhbərlər ideallaşdırmağa çalışılmır. Onlarsız vəziyyət daha yaxşıdır. Sadəcə burda niyə görə seçkilərin uzun çəkdiyi, niyə görə bu qədər çox pul apardığı izah edilir.
 
ABŞ Seçkilərinin Geosiyasəti
 
Məsələnin geosiyasi tərəfi də var. Qabaqcıl qlobal qüvvənin daxili siyasi prosesi həmişə geosiyasi əhəmiyyət daşıyır. Ölkə liderlərinin seçildiyi struktur və metod idarə edən və müəyyən dərəcədə hökumət üzərinə qoyulan məhdudiyyətləri müəyyənləşdirən lider növlərini formalaşdırır. Geosiyasət ayrı-ayrı liderlərin istək və xüsusiyyətlərinin uzun müddət ərzində o qədər də böyük fərq yaratmadığını iddia edir. Ona görə ki, qlobal reallıqlar liderləri məhdudlaşdırır. Eyni zamanda daxili siyasi proseslər iqtidara gəlmək və iqtidarda qalmaq üçün nə etmək lazım olduğunu müəyyənləşdirir.
 
Qurucuların siyasətin işi ilə bağlı fikirləri və prosesin reallığı arasında uzun müddət mübarizə gedib. Partiya rəhbərləri sistemi qəribə bir şəkildə nümayəndəli hökumət prinsipinin tətbiqi idi. Bu, eyni zamanda korrupsiya və anti-demokratik fəaliyyətin də simvolu idi. Bu sistemin süqutu öz korrupsiyası olan ilkin sistemi yaratdı. Bunlardan başqa, mərkəzin səlahiyyətlərini məhdudlaşdırdı və ən ideoloji tərəfi gücləndirdi. Rəhbərlər sistemi ABŞ-da keçirilən seçkilərin bütün dünyanı narahat etməsinə səbəb oldu, çünki beynəlxalq səviyyədə bilinir ki, Corciya, Vermont və Texasda keçirilən ilkin seçkilər qarışıqlıq yarada bilər. Hər bir islahat yeni formada korrupsiya və idarəetmə üçün yeni bir çətinlik yaradır. Sonda isə reallıq hamını öz tələsinə salır.
 
Bu vəziyyət təkcə ABŞ-a xas deyil, ancaq digər yerlərdə fərqlidir. Əsrlər boyu ABŞ-da ictimaiyyət immiqrasiya ilə formalaşıb və ABŞ hökuməti şüurlu şəkildə qurucuların nəzəriyyələri ilə yaradılıb. Elə bil ki, ölkə boş bir şifer idi. Elə bu baxımdan çoxlu sayda islahatlar həyata keçirildi və bu islahatlar respublikanı dəyişib gözlənilməyən nəticələr verdi.
 
Corc Fridman bu məqalədə niyə görə Amerikanın siyasi sisteminin bu cür işlədiyini təsvir etmək üçün Uotergeyt islahatlarının nəticələrini göstərməyə çalışıb. Ancaq bəlkə də ən önəmli məqam odur ki, hökumətin yenidən qurulması ABŞ hökumətinə xasdır və ABŞ dəyişikliyi olduqca yaxşı mənimsəyir. Qurucuların məqsədlərinə zidd olaraq siyasi partiyalar yarandı, daha sonra isə siyasi rəhbərlər sistemi ortaya çıxdı və eyni anda mövcud sistemi həm stabilləşdirdi, həm də korladı. Uotergeytin islahatlarından sonra korrupsiya ilə yanaşı siyasi həyatın da xüsusiyyəti dəyişdi. ABŞ siyasi həyatla bağlı məsələ ilə hələ də mübarizə aparır.
 
Çin, Rusiya və Avropa da mübarizə aparır, ancaq öz mədəniyyətlərinə xas problemləri olduğuna görə, bu ölkələrin mübarizəsi müxtəlif yollar və müxtəlif məqsədlərlə gedir. Amerika mədəniyyətinə xas problem islahat iradəsidir.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/329454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR