x
Loading...
.

Vatikan İŞİD-in "fətva"sını verdi

Vatikan İŞİD-in "fətva"sını verdi
19:32 15 Mart 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+
.

Vatikan bəyan edib ki, xristianların və Yaxın Şərqin başqa azlıqlarının mühafizəsi üçün siyasi vasitlər tapılmazsa, İslam Dövləti qruplaşmasının (İD) hücumlarının qarşısı hərbi güclə alına bilər.

Milli.Az BBC-yə istinadən bildirir ki, Vatikanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyinin rəhbəri arxiyepiskop Silvano Tomasi deyib kİ, cihadçılar “soyqırımı” törədirlər və bunun qarşısı alınmalıdır.
 
Vatikan ənənəvi olaraq regiona hərbi müdaxilənin əleyhinə çıxış edir.
Buna baxmayaraq, Roma Papası Francis Liviyada 21 Misir kopt xristianının İD tərəfindən başlarının kəsilməsini lənətləyib.
Yaraqlılar Suriyanın və İraqın onların nəzarətində olan ərazilərində dini azlıqları hədəfləyirlər.
 
ABŞ katoliklərinin internet saytı “Crux”a müsahibə verən arxiyepiskop Tomasi deyib: “Bu vəziyyətdə zəruri olan siyasi həll üçün zorakılığa əl atmadan əlaqələndirilmiş və yaxşı təşkil olunmuş koalisiyanın yaradılmasıdır”.
 
“Lakin bu mümkün olmazsa, gücdən istifədə zəruri ola bilər” – deyib arxiyepiskop.
 
Müdafiə olunmaq haqqı
 
O əlavə edib ki, “bu sayaq soyqırımı dayandırılmalıdır, başqa cür olarsa, biz gələcəkdə bunu etmədiyimiz üçün, belə bir faciənin baş verməsinə imkan yaratdığımız üçün göz yaşları tökməli olacağıq”.
 
Arxiyepiskop deyib ki, xristianlar İD hücumlıarının əsas hədəfidirlər, lakin insan övladı olan bütün azlıqlar müdafiə olunmaq haqqına malikdirlər.
“Xristianlar, yezidilər, şiələr, sünnilər, ələvilər – mühafizə olunmaq haqları olan bəni-insandırlar” – deyib Tomasi.
 
Onun fikrincə, hər hansı hərbi müdaxilədə Yaxın Şərqin müsəlman ölkələri də iştirak etməlidirlər və müdaxilə BMT-nin başçılığı altında olmalıdır.
“Crux” saytı yazır ki, arxiyepiskopun hərbi hərəkəti dəstəkləməsi “qeyri-adi şəkildə açıq” ifadə olunub.
 
Fevral ayında insan haqları təşkilatları xəbərdarlıq etmişdilər ki, İD İraqın azlıqlarını ölkənin nəhəng ərazilərindən silməyə çalışır.
Hesabatlardan birində azlıqlara qarşı kütləvi edamların, zorakı dindəyişmələrin, zorlama və başqa qanunsuzluqların icmalı verilib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/37556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR