Ancelina Colinin atası Obamanı aşağıladı

Ancelina Colinin atası Obamanı aşağıladı
19:42 15 Mart 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

Ancelina Colinin atası Con Voyt ABŞ prezidenti Barak Obamanı satqınlıqda ittiham edib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, 74 yaşlı aktyor və "Oskar" mükafatçı laureantı Obamanı İsrailin maraqlarına satqınlıq etdiyini deyib.
 
Con Voyt İsrail xalqına videomüraciət də ünvanlayıb: "Mən İsraili sevirəm. İsraili bu dünyanın dəli adamlarının nəzarət etməyə cəhd etmədiyi tərəqqi edən ölkə kimi görmək istəyirəm. Obama İsraili sevmir. Onun planı İsrailə nəzarət etməkdir. O, İsrailin düşmənləri ilə dostluq edir və onlarla işbirliyi qurur. O, İsrailin baş naziri Benyamin Natanyahunun irəlidə gələn seçkilərdə qalib gəlməsini istəmir. Obama prezident olandan bu yana Amerika dəyişib. Mən sizdən xahiş edirəm, bu barədə düşünün və bütün baş verənləri anlayın".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/37589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR