Ağdamda yol qəzasında bir nəfər ölüb

Ağdamda yol qəzasında bir nəfər ölüb
20:09 15 Mart 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Quliyev Aqil Əhəd oğlu idarə etdiyi "Oka" markalı minik maşınını elektrik dirəyinə çırpıb.

 

Nəticədə nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb.

 

A.Quliyev hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı yerli hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR