Bu yeməkləri dondurmaq olmaz

Bu yeməkləri dondurmaq olmaz
20:42 15 Mart 2015
Ölkə mətbuatı
A- A+

Soyuducunun buzluğu evdə ən vacib məkanlardan biridir.
 
Milli.Az kayzen.az-a istinadən bildirir ki onun köməyi ilə yeməklərimizi aylarla xarab olmadan saxlaya bilirik. Ancaq insanlar bəzən dondurulması lazım olmayan qidaları da buzluqda saxlayırlar. Bəs hansı qidaları buzluğa qoymaq olmaz?
 
Çoxlu su tərkibli meyvə və tərəvəzlər - Qarpız, alma, kartof, xiyar və digər su tərkibli meyvə-tərəvəzləri buzluqda saxlayanda dadını itirir. Buna görə onları ya tez yemək lazımdır, ya da saxlamaq üçün başqa yol tapın.
 
Donu açılmış ət, bişmiş makaron, konservləşdirilmiş məhsullar soyuducuda saxlamaq üçün uyğun deyil. Daxılda saxlamaq lazımdır. Hava keçməyən konteynerdə saxlayın.
 
Qabıqlı yumurta - Buzluqda çox donduğu üçün çatlaya və içinə bakteriya keçə bilər.
 
Kremli məhsullar - Smetan, yoqurt, pudinq kimi kremləri buzluqda yox, soyuducuda saxlayın.
 
Yumşaq pendirlər - Buzluqda yumşaq yox, möhkəm pendirləri saxlaya bilərsiniz.
 
Un və ya nişasta ilə qatılaşmış souslar - Buzluqda saxlasanız tutarlılığı dəyişəcək və yararsız olacaq.
 
Ərinmiş dondurma - Buzluğa qoysanız dadını itirib yapışqan kimi olacaq.
 
Sobada bişirilmiş qidalar - Yemək bişirib qalanını yenə buzluqda dondursanız, bakteriyaların inkişafını təşviq edəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/329604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR