Novruz bayramı UNESCO-da qeyd olunacaq

Novruz bayramı UNESCO-da qeyd olunacaq
20:46 15 Mart 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.

Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli xalqlarının nümayəndələrinin iştirak edəcəyi bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq.

Tədbirdə Azərbaycanı estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək.

TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq.
Mənbə
AZƏRTAC



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=332004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR