ABŞ və İran nüvə danışıqlarının yeni raunduna hazırlaşır

ABŞ və İran nüvə danışıqlarının yeni raunduna hazırlaşır
21:12 15 Mart 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ İranla nüvə proqramında dair danışıqların bu həftə növbəti raudunun başlaması ərəfəsində ABŞ Dövlət katibi Con Kerri razılığın əldə olunması qarşısında maneələrin texniki deyil, siyasi xarakter daşıdığını deyib.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, CBS telekanalına danışan Con Kerri deyib ki, texniki səviyyədə hələ də bəzi fikir ayrılıqları qalmaqdadır. “Lakin fikir ayrılıqlarının böyük hissəsi əsas etibarilə dünyaya proqramın dinc xarakter daşıdığını sübut etmək haqda vədə əməl etmək üçün veriləcək siyasi qərarlarla bağlıdır”- deyə Con Kerri əlavə edib.
ABŞ Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların növbəti raundunu keçirmək üçün bazar günü İsveçrəyə səfər edir. Tərəflər martın 31-i qoyulmuş son möhlətə qədər İranın nüvə proqramı ilə bağlı razılıq əldə etməyə çalışır.
Bu arada, ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnell danışıqların aparılması əleyhinə bəyanatla çıxış edərək, prezident Barak Obamanın Tehranla “olduqca pis bir razılığa” gəlmək ərəfəsində olduğunu deyib.
Ağ Ev Konqresin İranla nüvə proqramına dair danışıqlara müdaxiləyə son qoymasını istəyir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-ve-i-ran-nuve-danisiqlarinin-yeni-raunduna-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR