Britaniyalı "ekspertlər" İŞİD-in planlarını belə "ifşa etdilər"

Britaniyalı "ekspertlər" İŞİD-in planlarını belə "ifşa etdilər"
20:17 6 Yanvar 2015
178 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının yaradılması kimə sərf edir, onu kim və ya hansı qüvvələr ərsəyə gətirib – bu barədə çox danışılıb, çox ehtimallar irəli sürülüb. Kim haqlıdır, kim haqqa daha yaxındır – yaxşısını Allah bilir. Amma bir təkzibolunmaz fakt var: İŞİD bir çoxlarının maraqlarına xidmət edir, bu faktor üzərində bir çoxları, sözün əsl mənasında, maddi mənfəət əldə edirlər. Qeyd etdiklərimizə sadə bir misal.

Londondakı Birləşmiş Qoşun Növü İnstitutunun mütəxəssisləri bu günlərdə belə bir proqnoz veriblər: İŞİD-in növbəti hədəfi İordaniya ola bilər. İlk baxışdan qeyri-adi heç nə yoxdur. Terror qruplaşması nəzarət etdiyi ərazilərin genişlənməsində maraqlı olduğunu gizlətmir, demək olar ki, bütün dünyaya meydan oxuyur, hətta superdövlətləri də təhdid etməkdən çəkinmir. Amma... Xəritəyə nəzər salsaq, britaniyalı analitiklərin proqnozlarına dair ən azından üç irad bildirə bilərik.

Birincisi, aydın məsələdir ki, İordaniyaya İŞİD hazırda döyüşlər apardığı Suriya və İraqdan təcavüz edə bilər. Lakin İordaniyanın İraqla ümumiyyətlə sərhəd təması yoxdur, Suriya ilə sərhəd ərazilərinə isə hökumət qüvvələri nəzarət edirlər. Əcəb! Bəs İŞİD İordaniyaya necə basqın edəcək? Olmaya hava desantı? Bu isə artıq ən azından gülməlidir.

İkincisi. Yenə də xəritəyə nəzər salaq. Suriyanın 5 dövlətlə ümumi sərhədi var: İraq, Livan, İsrail, Türkiyə və İordaniya. Bunlardan İraq artıq təcavüzün qurbanıdır. Qalır 3 dövlət. İsraili məlum məsələlərə görə bu siyahıdan xaric etməliyik. Əgər İŞİD-in dünyanı zəbt etmə planı mövcuddursa, o zaman əminliklə deməliyik ki, İsrail bu siyahıda sonuncu yerləri ABŞ-la bölüşməkdədir. Türkiyəni də xaric etməliyik. Burda da müxtəlif faktorlar var ki, onlardan ən üzdə olanını qeyd etməklə kifayətlənək. İŞİD hazırki vəziyyətdə neytrallığını saxlayan Türkiyə kimi nəhəng dövləti özünə düşmən edəcək qədər ağılsız deyil. Və... Bəli, qalır İordaniya. Bu yazılanlardan sonra britaniyalı nüfuzlu mütəxəssislərin “İŞİD-in növbəti hədəfi İordaniya ola bilər” proqnozu da, yumşaq desək, gülməlidir. Çünki İŞİD həqiqətən də nə vaxtsa üçüncü ölkəyə hücum etmək fikrinə düşsə, bu yalnız və yalnız İordaniya ola bilər.

Və, sonuncu, üçüncü. Hazırda Suriya və İraqda ciddi zərbələrə məruz qalan İŞİD-in özünə yeni cəbhə açması, yəni İordaniyaya hücum etməsi qeyri-realdır. Bu yalnız o zaman mümkün olar ki, hansısa qüvvələr, daha dəqiq desək - İŞİD-i idarə edənlər, bu terror qruplaşmanın vasitəsi ilə məhz İordaniyanı cəzalandırmaq istəsinlər. Qeyd olunan üç nüansı anlamaq üçünsə böyük analitik olmağa (britaniyalılar isə özlərini məhz belə təqdim edirlər) ehtiyac yoxdur.

Amma bütün bunlar aysberqin görünən tərəfidir. “Britaniya mütəxəssisləri” gün kimi aydın məsələni heç də boş-boşuna az qala sensasiya kimi təqdim etməzdilər. Deməli, nəsə bir sifariş var. Özü də elə-belə sifariş yox. Böyük oyunda böyük pullar fırlanır. “Mütəxəssis” xəbərdarlığı isə kiməsə “sarı vərəqə” xarakteri daşıya bilər. Sahibləri İŞİD itlərini istənilən hədəfə qısqırtmağa hazırdırlar.

İslam.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR