Mübahisə bıçaqlaşma ilə bitdi

Mübahisə bıçaqlaşma ilə bitdi
22:05 15 Mart 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma hadisəsi olub.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Rüstəm Ruzigar oğlu Sadıqov martın 15-də saat 16 radələrində bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qolundan bıçaqlanan gənc dərhal əməliyyat edilib və vəziyyətinin normal olduğu bildirilir.
 
Saat 19 radələrində isə Göygöl rayon Qızılca kənd sakini, 1995-ci il təvəllüdlü Şirxan Şirin oğlu Abdullayev qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
 
Məlum olub ki, R. Sadıqovla Ş. Abdullayev dalaşıblar və bir-birini bıçaqlayıblar.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/36783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR