Şahzadə FİFA prezidenti olmaq istəyir

Şahzadə FİFA prezidenti olmaq istəyir
20:21 6 Yanvar 2015
260 İdman
Ölkə mətbuatı
A- A+

İordaniya şahzadəsi Əli ben Əl-Hüseyn 2015-ci ildə FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.

ANS PRESS-in məlumatına görə, hazırda FİFA-nın vitse-prezidenti, İordaniya və Qərbi Asiya Futbol Federasiyalarının prezidenti vəzifəsində çalışan Əl-Hüseyn dünya futbolunda əsas söz sahibi olmağın vaxtının yetişdiyini bildirib.

O, diqqətləri inzibati qarşıdurmalardan idmana yönəltməyin zamanının yetişdiyini bildirib: "Bir neçə ay idi ki, bu qərar ətrafında götür-qoy edirdim. FİFA-dakı həmkalarımla fikir mübadiləsi apardıqdan sonra ali futbol qurumunun prezidentliyinə namizədliyimi irəli sürməyi qərara aldım".

Qeyd edək ki, mayda baş tutacaq seçkilərə hələlik 3 nəfər namizədliyini irəli sürüb: hazırki pezident Yozef Blatter, FİFA-nın sabiq vitse-prezidenti Jerom Şampan və Əli ben Əl-Hüseyn.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR