Alkoqolun leqallaşdırılması fikrinə görə məhkəməyə verilən deputat

Alkoqolun leqallaşdırılması fikrinə görə məhkəməyə verilən deputat
20:22 6 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Küveyt parlamentinin deputatı Nabil əl-Fadla qarşı milli heysiyyəti təhqir etmək ittihamı irəli sürülüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, buna səbəb onun Küveytdə spirtli içki məhsullarının leqallaşdırılmasının əleyhinə olmadığını deməsi olub.

N.Fadl özünü müdafiə etmək üçün isə bildirib ki, bu, yalnız şəxsi düşüncələri olub və müvafiq qanun layihəsini irəli sürməyi planlaşdırmayıb.
 
Qeyd edək ki, Küveytdə spirtli içkini qadağan edən qanun 1983-cü ildə qəbul edilib. Küveyt Fars körfəzində müvafiq qadağanı tətbiq edən ilk ölkədir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR