Gəncədə baş verən qəzada 5 nəfər xəsarət alıb

00:37 16 Mart 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 00:35 ]


Gəncə. Azər Məmmədli – APA. Gəncədə ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə martın 15-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

 

“Opel” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Opel”dəki sərnişini, Şəmkir rayon Qaracəmilli kənd sakinləri, 1974-cü il təvəllüdlü Akif Kazımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Elnarə Əliyeva, qayınanası 1952-ci il təvəllüdlü Elza Fətullayeva və Akif Kazımovun azyaşlı oğlu, 2005-ci il təvəllüdlü Sərxan Kazımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı “Mercedes” də olan sərnişin, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Tubu Rzayevada bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR