Reykyaviktə Avropa Birliyi tərəfdarlarının aksiyası keçirilib

Reykyaviktə Avropa Birliyi tərəfdarlarının aksiyası keçirilib
01:42 16 Mart 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPORT.AZ/ İslandiya hökümətinin Avropa Birliyinə üzvlük müraciətindən imtina etməsi bu ölkədə etirazla qarşılanıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün paytaxt Reykyaviktə toplaşan 7 minə yaxın insan İslandiya rəsmilərinin AB üzvlüyü ilə bağlı mövqeyini qınayıb.
Bununla belə rəy sorğuları göstərir ki, İslandiyalıların əksəriyyəti AB-yə üzvlük məsələsində hökümətin siyasətini dəstəkləyir.
Qeyd edək ki, İslandiyanın Avropa Birlityinə daxil olmaqdan 2015-ci ilin əvvəlində imtina edəcəyi əvvəlcədən bildirilmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/reykyavikte-avropa-birliyi-terefdarlarinin-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR