İstanbulda polis şöbəsinə hücum: 3 yaralı var

İstanbulda polis şöbəsinə hücum: 3 yaralı var
20:49 6 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun tarixi Sultanahmet rayonunda naməlum silahlı şəxs turizm polisi şöbəsinin qarşısındakı növbətçi postunda hücum edərək partlayış törədib. APA-nın “Hürriyet”e istinadən verdiyi xəbərə görə, nəticədə 2-si polis əməkdaşı və biri qadın olmaqla 3 nəfər yaralanıb.  Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. Hadisə yerinə aparan küçələr nəzarətə götürülüb.

 

Məlumata görə, silahlı terrorçu idarəyə daxil olmağa cəhd etdikdə, növbətçi polis əməkdaşlarının müqaviməti ilə üzləşib və  atəş açaraq, qumbara partladıb.  Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR