İstanbulda terror: yaralılar var

İstanbulda terror: yaralılar var
20:51 6 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Istanbul şəhərində naməlum bir şəxs intihar hücumu həyata keçirib.

ANS PRESS-in məlumatına görə, terrorçu İstanbulda "Sultanahmet" polis şöbəsi önündəki polis köşkündə özünü partladıb.

Partlayışdan biri ağır olmaqla 2 polis əməkdaşı yaralanıb. Partlayış səslərinə xilasedicilər, hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə axışıb, gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yaralılardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilir. İstehkamçılar intiharçının bədən qalıqlarının üzərində partlamamış daha bir partlayıcı aşkarlayıb. İnsanlar çevrədən uzaqlaşdırıldıqdan sonra həmin partlayıcı zərərsizləşdirilib.

İstanbul valisi mətbuata verdiyi açıqlamada, intihar hücumu həyata keçirənin qadın olduğunu və ətrafdakılardan ingiliscə polis idarəsi nəzdindəki turizm şöbəsinin harada yerləşdiyini soruşduğunu, daha sonra üzərindəki partlayıcını işə saldığını bildirib. Hələ ki terorrçunun kimliyi, yerli və ya həqiqətən xarici vətəndaş olduğu barədə hər hansı məlumat verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR