Türkiyədə qadın özünü partlatdı, iki polis yaralandı

Türkiyədə qadın özünü partlatdı, iki polis yaralandı
20:58 6 Yanvar 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

İstabulun Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qadın ölüb, iki polis əməkdaşı isə xəsarət alıb.

Məlumata əsasən, ingiliscə "pul kisəmi itirdim" deyərək şöbəyə daxil olan qadın üzərindəki bombanı partladıb.

Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR