Rusiyada 15 əməkçi miqrant avtomobil qəzasında həlak olub

Rusiyada 15 əməkçi miqrant avtomobil qəzasında həlak olub
07:53 16 Mart 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Rusiyanın Bryansk vilayətində “Mercedes Sprinter” mikroavtobusu ilə yük maşının toqquşması nəticəsində 15 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi yerli hüquq-mühafizə orqanlarında istinadla məlumat yayıb.
Həlak olanlar arasında mikroavtobusun sürücüsü və 14 sərnişin var. Ehtimal edilir ki, ölənlərin hamısı Orta Asiyadan gəlmiş əməkçi miqrantlardır. Qəzanın mikroavtobusun qarşı tərəfin yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyada_15_emekchi_miqrant_avtomobil_qezasinda_helak_olub-839532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR