Rubl bizə də təsir etdi (VİDEO)

Rubl bizə də təsir etdi (VİDEO)
21:01 6 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Rus rublunun ucuzlaşması Azərbaycanın şimal bölgəsi bazarlarına təsirsiz ötüşmür. Bu təsir fermerləri narazı salsa da, istehlakçıların ürəyincədir.

ANS TV-nin məlumatına görə, Rusiyada rublun dəyərinin kəskin düşməsi şimallı fermerlərin də xarici bazara çıxışını məhdudlaşdırıb. İlboyu əziyyətlə məhsul yetişdirən bağbanlar indi onu yalnız daxili bazarda satmağa məcburdur. Bu isə heç də onların ürəyincə deyil.

“Xaçmaz, Quba bazrlarına məhsullar aparırıq. Bu alıcı üçün sərfəlidir, ucuzluqdur hər şey boldur. Ancaq bizim üçün sərf eləmir, qazana bilmirik də, baha başa gəlir”, – deyə fermer Tahir Məmmədov bildirdi.

Digər fermer Cəlal Harunov da yaranmış vəziyyətdən narazıdır: "Daxili bazarda gəlir istehsal etdiyimiz dəyərdən çox aşağıdır. Bu gün yerli bazarda məhsulumuzu vermişik. Yetişdirdiyimiz məhsulun bir hissəsini yerli bazarda satırıq. Qiymət fərqi isə 30-50 qəpik arasında dəyişir”.

Fermerlərdən fərqli olaraq, mövcud vəziyyət alıcılar üçün sərfəlidir. Xaçmaz bazarındakı ucuzluqdan alıcılar həvəslə danışdı.

Alıcılar yerli bazarda qiymətlərin stabil qalmasını, Rusiyaya məhsul aparmaq fikrində olan fermerlər isə sərfəli alış-veriş arzu edir. Bazarınsa öz qanunları var ki, bu da zaman-zaman ya satıcının, ya da alıcının xeyrinə olur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR