Prezidentin sevgi macərası ekranlaşdırılır

Prezidentin sevgi macərası ekranlaşdırılır
21:11 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Ollandın sabiq həyat yoldaşı Valeri Trierveylerin "Bu an üçün təşəkkürlər" ("Merci pour ce moment") adlı kitabı əsasında film çəkiləcək.

ANS PRESS-in məlumatına görə, ötən il Fransada ən çox satılan əsəri keçmiş birinci xanımın yaxın rəfiqəsi, aktrisa-prodüser Səidə Cavad ekranlaşdırır.

S.Cavad filmin Fransa və beynəlxalq şirkətlərlə müştərək çəkiləcəyini qeyd edib.

Xatırladaq ki, 12 dildə tərcümə olunan və 2014-cü ildə 650 mindən çox nüsxəsi satılan kitab cütlüyün münasibətlərindən bəhs edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=318068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR