“Azərbaycan Dəmir Yolları” bayram günlərində fasiləsiz iş rejiminə keçəcək

10:07 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 10:05 ]

Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqon qoşulacaq

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Novruz bayramı günlərində - 20-28 mart tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

 

N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

 

Eyni zamanda bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

 

Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR