x
Loading...

Böyük qalmaqal: Elton Conla məşhur modelyerlər düşmən oldular - FOTO

Böyük qalmaqal: Elton Conla məşhur modelyerlər düşmən oldular - FOTO
10:12 16 Mart 2015
121 Maraqlı
Ölkə mətbuatı
A- A+
.

Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Conla populyar modelyerlər, "Dolce & Gabbana" brendinin sahibləri Domeniko Dolçe Stefano Qabbana arasında qalmaqal yaranıb.
 
İtalyan modelyerlər eyni cinsdən olan insanlar arasındakı nikahları və süni mayalanma vasitəsilə valideyn olmaq istəyini sərt tənqid etmişdilər.
İtaliyadakı jurnallardan birinə verdikləri müsahibələrində D.Dolçe və S.Qabbana deyiblər: "Biz homoseksual kişilərin övladlığa uşaq götürmələrini, surroqat analığı qətiyyətlə pisləyirik. Kimyəvi "övladlar" və kirayəyə götürülmüş analıq yolu olmamalıdır.

Həyat öz axarı ilə davam etməlidir. Elə nəsnələr var ki, onları dəyişmək olmaz. Övlad ata və ananın sevgisindən, əlaqəsindən doğulmalıdır. Kimyəvi, süni yolla doğulmuş uşaqları süni, sintetik sayıram. Ana kirayə, ata da kataloqdan..."
 
Devid Fernişlə "nikah"ında iki surroqat övladı olan Elton Con çox sinirlənib və İnstagram-dakı profilində yazıb: "Axı siz kimsiniz ki, mənim gözəl övladlarımı "sintetik" adlandırırsınız?! Adi insanlarla yanaşı, homoseksuallara valideyn olmaq arzularını reallaşdırmağa imkan verən süni mayallanmanı tənqid etməyə, o balaca və əyri barmaqlarınızla belə hədyanlar yazmağa necə cürət edirsiniz?!

Sizin arxaik şüurunuz eynən modanız kimi müasirliklə daban-dabana ziddiyyət təşkil edir. Bundan sonra əsla "Dolce & Gabbana" paltarlarını geyinən deyiləm".
Elton Con bu yazısını "#BoycottDolceGabbana" heşteqi ilə yayıb.
 
Tanınmış sənətçinin boykotuna artıq yüz minlərlə təqibçisi və pərəstişkarı qatılıb.
Dünyaca məşhur modelyerlər Elton Conun açıqlamasına sakit reaksiya veriblər.
 
Stefano Qabbana İnstagram-dakı səhifəsində Elton Conun yazısını yayaraq yazıb: "Başqasının fikrinə əsl sayğı budur! Söz azadlığı! Sakitləş, Elton Con..."
 
Elton Con və onun nikahda olduğu Devid Fernişin izdivaclarından iki oğulları var. 2010-cu ildə Zakariya, 2013-cü ildə isə İliya surroqat ana tərəfindən dünyaya gətirilib.
 
Ad və soyadı gizli saxlanılan surroqat ana ABŞ-ın Kaliforniya ştatında yaşayır.
Şou-biznes ulduzları arasında homoseksual və lesbiyanlar az deyil.
 
Neyd Patrik Harris və Devid Burtka, Mett Bomer və Saymon Holls, Riki Martin və Karlos Qonsales Abella, Tom Ford və Riçard Bakli, Meri Portras və Melani Riki, Sintiya Nikson və Kristina Marinoni - bu cütlüklər eynicinsli fərdlərin nikahlarının populyar timsalları sayıla bilər.
 
Milli.Az
 
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/329787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR