Lənkəranda tiryəkxana aşkarlanıb

10:17 16 Mart 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 10:13 ]


Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərində tiryəkxana aşkarlanıb.

 

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis baş leytenantı Toğrul Hüseynov bildirib.

 

Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Səməd Vurğun küçəsi, 72 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş İqbal Səfərə oğlu Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub.  Aparılan axtarışlar zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd “Metodon” həbi, heroinin inyeksiya vasitəsi ilə qəbul edilməsi üçün istifadə olunan 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb. 

 

Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evindən narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh İsmayıl oğlu Bədəlov, Rövşən Əlişan oğlu Sultanov və Elman Mirsadıq oğlu Quliyev aşkarlanaraq saxlanılıb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.2 və 238-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR