Qadın paltarı geyib İŞİD-dən qaçmaq istədi - FOTO

Qadın paltarı geyib İŞİD-dən qaçmaq istədi - FOTO
10:27 16 Mart 2015
357 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının ələ keçirdiyi ərazilərdəki vəhşət, zülm və işgəncələrdən qaçıb qurtulmağa çalışanların sayı səngimir. Bu insanlar terrorçulardan qurtulmaq üçün az qala bütün yollara əl atırlar.
 
Qaçmağa çalışanlar arasında hətta qadın paltarları geyinərək çarşaba bürünənlər də var.
Belə binəvalardan biri İŞİD terrorçularının əlinə keçib.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD İraqın Mosul şəhərindən qaçmağa çalışan kişinin fotolarını İnstagram-da yayıb.
 
Üzünə ənlik-kirşan vuran, gözlərinə sürmə çəkən bu kişi çarşaba bürünərək Mosuldan çıxanda şəhər kənarındakı blok-postlardan birində saxlanılıb.

Milli.Az
 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR