Müdafiə Nazirliyindən icra başçısının oğlu ilə bağlı açıqlama

Müdafiə Nazirliyindən icra başçısının oğlu ilə bağlı açıqlama
21:31 6 Yanvar 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fotolarda əks olunan ərazi ehtiyatda yerləşən təlim mərkəzidir".

Müdafiə Nazirliyi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində - səngərdə çəkdirdiyi fotolarla bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada bildirilir: "Təsdiq olunmuş tədbirlər planına əsasən ölkədə qeyd olunan əlamətdar hadisə və bayram günlərində rayon icra hakimiyyətlərinin, yerli orqanların, ictimaiyyətin nümayəndləri, təşkilatlar, gənclər, fəallar, valideynlər əvvəlcədən daxil olmuş müraciət və razılıq əsasında hərbi hissələrdə olaraq şəxsi heyətlə bir yerdə bayram tədbirlərində iştirak edirlər. Konkret olaraq, fotolarda əks olunan ərazi isə cəbhə xətti deyil, ehtiyatda yerləşən təlim mərkəzidir".

Qeyd edək ki, bir neçə gün əvvəl icra başçısının oğlu cəbhə xəttində olub və burada hərbçilərlə görüşüb. S.Məmmədzadə görüşdən çəkilmiş bəzi fotoları sosial şəbəkələrdə yerləşdirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR