“Expressbank” “Mücrü” əmanətini təqdim edir - FOTO

“Expressbank” “Mücrü” əmanətini təqdim edir - FOTO
10:42 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 10:40 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın təqdim etdiyi “Mücrü” əmanəti 1, 2, 3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.

 

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

 

Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də “ExpressPay” ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR