İngiltərə klubunun futbolçusu içkili halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb

İngiltərə klubunun futbolçusu içkili halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb
11:12 2 Fevral 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Roberto Firmino içkili halda avtomobil idarə etdiyi üçün bir il müddətinə sürücülük hüququndan məhrum olunub. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi 23,5 min avro cərimələnib.
27 yaşlı oyunçu Milad bayramı ərəfəsində - dekabrın 24-də saxlanılıb. Alkoqol testindən keçərkən, onun içkili olduğu müəyyənləşib. Firmino hadisə ilə əlaqədar klubundan, komanda yoldaşları və azarkeşlərdən üzr istəyib. Futbolçu tutduğu hərəkəti pis nümunə kimi dəyərləndirib.
Qeyd edək ki, yanvarın 9-da oğrular Roberto Firminonun evinə girərək, 70 min funt sterlinq saat, qiymətli əşyalar və paltarlarını aparıblar. Firmino "Liverpul"a 2015-ci ilin iyununda keçib. O, hazırkı klubunda 50 oyuna 16 qol, Braziliya millisində isə 15 oyuna 5 qol vurub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-klubunun-futbolcusu-ickili-halda-avtomobil-idare-etdiyi-ucun-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR