"Barselona" İspaniya Kubokunun 1/2 final mərhələsinin ilk oyununda "Atletiko" üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Fanat.Az xəbər verir ki, görüş Madriddəki "Visente Kalderon" stadionunda baş tutub.
Kataloniya klubunun heyətində qolları Luis Suares (7-ci dəqiqə) və Lionel Messi (33-cü dəqiqə) vurub. Ev sahiblərindən Antoine Qrizmann (59-cu dəqiqə) fərqlənib.
Komandalar arasında cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək. Digər yarımfinal oyununda "Alaves" və "Selta" qarşılaşacaq. İlk oyun cümə axşamı Viqo şəhərində keçiriləcək.
Fanat.Az