Ağdamda “Regionun sağlam gəncləri” adlı layihə həyata keçirilib

Ağdamda “Regionun sağlam gəncləri” adlı layihə həyata keçirilib
11:32 2 Fevral 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində “Regionun sağlam gəncləri” adlı layihə çərçivəsində tədbirlər keçirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Keçirilən tədbirlərdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Ramil Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədr müavini Ramil Cavadov, rayon polis şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, məktəblilər və gənclər iştirak ediblər.
Tədbirlərdə gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, eləcə də yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar, bu xəstəliklərdən qorunmaq üçün görülən işlər barədə ətraflı məlumat verilib. Dövlətimizin hər bir vətəndaşa, o cümlədən gənclərə olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışılıb. Çıxışlarda o da bildirilib ki, gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır. Layihə çərçivəsində çap edilən maarifləndirici bukletlər və şəhadətnamələr tədbir iştirakçılarına paylanılıb.
Qeyd edək ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionun sağlam gəncləri” mövzusunda layihənin əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya bəlasına düçar olan şəxslərin müalicəsi haqqında məlumatların verilməsi, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işinin aparılmasıdır.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/agdamda-regionun-saglam-gencleri-adli-layihe-heyata-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR