"Messinin ikinci qolu planlarımızı tamamilə dəyişdirdi"

"Messinin ikinci qolu planlarımızı tamamilə dəyişdirdi"
11:57 2 Fevral 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko Madrid" İspaniya Kubokunun yarımfinalında keçirdiyi ilk oyunda "Barselona"ya uduzub - 1:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Madrid klubunun baş məşqçisi Diyeqo Simeone məsələnin "Camp Nou"da həll olunacağını deyib.

""Barselona" oyuna daha yaxşı başladı. Yarımmüdafiənin mərkəzində yol verilən səhvdən istifadə edib qol vurdular. Messinin ikinci qolu planlarımızı tamamilə dəyişdirdi. Kubok unikal turnirdir. "Barselona" cütün favoriti göstərilə bilər. Əlimizdən gələni edəcəyik ki, finala çıxaq. "Barselona" da başa düşür ki, heç nə həll olunmayıb. Qarşıda daha bir maraqlı oyun var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR