300-dən çox məcburi köçkün müavinətdən imtina edib - QAÇQINKOM

300-dən çox məcburi köçkün müavinətdən imtina edib - QAÇQINKOM
11:59 2 Fevral 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

İndiyə qədər könüllü olaraq vahid aylıq müavinətdən imtina edən məcburi köçkünlərin sayı açıqlanıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.


Belə ki, Dövlətqaçqınkoma əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR