Ərəb şeyxlərinin quşları üçün də hospital var - FOTO

Ərəb şeyxlərinin quşları üçün də hospital var - FOTO
12:05 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kral ailəsinə mənsub olan şahzadənin təyyarədə 80 şahini daşıması sosial şəbəkələrdə qalmaqal yaratmışdı. Multimilyonçu ərəb şahzadəsinin sərnişin təyyarəsini bütünlüklə icarəyə götürərək şahinlərini daşıması birmənalı qarşılanmamışdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, Fars Körfəzi ölkələrində, ərəb monarxiyalarında şahin saxlamaq və ümumiyyətlə, şahin ovu zənginlərin məşğuliyyətidir.

Və elə həmin ölkələrdə şahin ovu biznesə çevrildiyindən bu gəlirli sahə sektora dönüb.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində isə sırf ov şahinləri üçün nəzərdə tutulmuş hospital fəaliyyət göstərir.

Hər birinin minimal dəyəri on minlərlə dollar olan şahinlər bu hospitalda müayinə və müalicə olunurlar.

Ən müasir avadanlıqla təchiz olunmuş, ən son texnologiya ilə çalışan hospitalda şahinlər üçün istirahət, relaks, hətta masaj otaqları da var.

Hospitalın nəzdində şahinlər üçün reabilitasiya mərkəzi də fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR