Göyçayda canavarlar kəndə hücum etdilər

Göyçayda canavarlar kəndə hücum etdilər
12:12 2 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda xırdabuynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb. Gecə saatlarında canavarlar kəndə soxularaq, Şirvan Kərimova məxsus tövlədə olan 5 baş qoyunu tələf edib. Xəsarət alan digər qoyunlara isə baytar həkimlər tibbi yardım göstəriblər.
 
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR