Almaniya terrorçuların görüntülərini niyə Türkiyədən GİZLƏDİR?

Almaniya terrorçuların görüntülərini niyə Türkiyədən GİZLƏDİR?
12:17 2 Fevral 2017
21 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyan kansleri Angela Merkel bu gün Ankaraya bir günlük işgüzar səfər edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İncirlik bazası ətrafındakı vəziyyət səfər çərçivəsində aparılacaq danışıqların əsas mövzusu olacaq.
Almaniyanın "Der Spiegel" nəşrinin xəbərinə görə, Türkiyə İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində "İncirlik" hərbi hava bazasına yerləşdirilən "Tornado" tipli kəşfiyyat təyyarələrinin əldə etdiyi görüntülərə birbaşa daxil olmaq istəyir. Amma Almaniya bu görüntüləri Türkiyəyə vermir. Ankara Almaniyanın "İncirlik"də qərargah inşasına əvəz olaraq bu görüntüləri tələb edir.
Məlumata görə, Almaniya İŞİD terror təşkilatı ilə əlaqədar görüntüləri Türkiyə ilə paylaşır. Almaniya Müdafiə Nazirliyinin sözçüsü polkovnik Boris Nant da "Tornado"ların yalnız İŞİD-lə əlaqədar görüntüləri paylaşdığını təsdiqləyib.
Türkiyə eyni zamanda PKK terror təşkilatının Suriya qanadı PYD-nin silahlı gücü olan YPG-nin hərəkət marşrutları üzrə görüntüləri istəyir. Məsələnin iki ölkənin münasibətlərində böhran vəziyyəti yaratması Merkelin Türkiyəyə səfərinə ehtiyac yaradıb.
Səfər çərçivəsində müzakirə ediləcək digər məsələ NATO strukturlarında xidmət edən 40 türk zabitinin Almaniya hökumətinə sığınacaq üçün müraciət etməsidir. Digər tərəfdən Almaniya hökumətinin Türkiyənin istədiyi PKK terrorçularını verməməsi iki ölkə arasında böhran yaradan səbəblərdən biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR