"İlk təbriki ərimdən aldım" - Xuraman

"İlk təbriki ərimdən aldım" -  Xuraman
12:21 2 Fevral 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Xuraman Şuşalının ad günüdür.

Təəssüratlarını Axşam.az-la bölüşən ifaçı ilk təıbriki həyat yoldaşından aldığını deyib:

“Daha sonra qardaşım, qohumlarım təbrik etdi. Təmtəraqlı ad günü keçirməyəcəm. Yoldaşım axşam restorana şam yeməyinə dəvət edib. İstəyirəm ki, övladlarım da yanımda olsun. Amma yollar buz olur, onları evdən çıxarmağa qorxuram. Eyni zamanda da qardaşım evinə dəvət edib ki, sənin ad gününü mən keçirəcəm. İndi çalışıb ikisinin də dəvətini yerinə yetirib, heç birinin xətrinə dəyməməliyəm. Əslində istəyirdim ki, ailəmlə Şahdağa gedib, xizək sürüm. Hava qarlı olduğu üçün planım qaldı”.

X.Şuşalı anasının xəstəliyindən sonra təmtəraqlı ad günü keçirmədiyini bildirib:

“Sonuncu dəfə təmtəraqlı ad gününü 2008-ci ildə keçirmişəm. Ondan sonra anamın onkoloji xəstəliyi üzə çıxdı. Bu hadisə bizim nəsil üçün şok idi. Sonra da anam dünyasını dəyişdi. Ona görə də mənh özəl günümü böyük keçirmirəm”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR