Abşeronda 15 yaşlı oğlan atasından icazəsiz evdən 12 min manat götürərək xərcləyib

Abşeronda 15 yaşlı oğlan atasından icazəsiz evdən 12 min manat götürərək xərcləyib
12:22 2 Fevral 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Evindən pul oğurlanması ilə bağlı polisə müraciət edən Abşeron rayon sakinin pulunun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlandığını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-15-yasli-oglan-atasindan-icazesiz-evden-12-min-manat-goturerek-xercleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR