Azad Rəhimov: "Formula 1 üzrə Azərbaycan Qran Prisində daha çox qonağımızın olacağını gözləyirik"

Azad Rəhimov: "Formula 1 üzrə Azərbaycan Qran Prisində daha çox qonağımızın olacağını gözləyirik"
12:22 2 Fevral 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ "Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar bu il heç nə sifariş olunmayacaq". 
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Bakıda keçiriləcək Qran Pri ilə əlaqədar hazırda bütün lazımi avadanlıqlar var: "Şəhərdə bəzi tikililər yerində qalıb. Bu ona görədir ki, IV İslam Həmrəyliyi Oyunları mayın 22-də başa çatır. Bir ay sonra Azərbaycan Qran Prisi başlanır. Müddət qısa olsa da, heç bir çətinlik görmürük. Qısa müddətdə bütün qurğular yerində olacaq. Builki Qran Prini daha böyük maraqla gözləyirik. Çünki bütün pilotlar trasla tanışdırlar. bilirlər. Onların ötənilki Qran Pridən sonra söylədikləri fikirlər Bakıya daha çox diqqətin yönəlməsinə səbəb olub. Daha çox qonağımızın olacağını, öz Formula 1 sevərlərimizin də tamaşaçı qismində yarışı izləyəcəklərini gözləyirik".
Qeyd edək ki, Azərbaycan Qran Pri 23 - 25 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azad-rehimov-formula-1-uzre-azerbaycan-qran-prisinde-daha-cox-qonagimizin-olacagini-gozleyirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR