Sevda Yahyayeva: "Hər kəsin öz qiyməti var" - FOTO

Sevda Yahyayeva: "Hər kəsin öz qiyməti var" - FOTO
12:27 2 Fevral 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

"Məşhur telefon markalarından birinin siması olmuşam. Ayın 3-ü çəkilişlərə başlayırıq".

Bu sözləri "qafqazinfo"ya açıqlamasında Sevda Yəhyayeva deyib.

Müğənni bu günə kimi 16 şirkətin siması olduğunu söyləyib:

"Bu vaxta kimi 16 şirkətin siması olmuşam. Bura restoran, saç boyaları, gözəllik salonu və s. misal çəkə bilərik. 7 ildir ki, bir salonun simasıyam, hər şey pulsuzdur. Hər kəsin öz qiyməti var, müğənni statusuna görə qazanır. Mən bu gün qazancımdan çox razıyam".

Sevda "Sən olmasaydın" serialı barədə də açıqlama verib:

"Serial məni geriyə atmadı. Balansı saxlamağa çalışıram. Həm toya gedirəm, yaradıcılığımla məşğul oluram, həm də seriala çəkilirəm. Hər zaman bacarığıma inanmışam, aktrisa olmağı çox sevirəm. Öz işim müğənnilikdir, amma peşman deyiləm. Düzdür, çox yoruluram. Hamı mənə deyir ki, çox halsız görünürsən. Bu da işin çətinliyidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/513590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR