Azərbaycan neftini oğurlayan dəstə tutuldu

Azərbaycan neftini oğurlayan dəstə tutuldu
12:42 2 Fevral 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Şida Kartli polis idarəsinin və Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə departamentinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat zamanı beş nəfər saxlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü L.Ş, 1980-ci il təvəllüdlü M.Q., 1975-ci il təvəllüdlü Z.Q., 1968-ci il təvəllüdlü C.S. və 1975-ci il təvəllüdlü Ç.M. Azərbaycan neftini oğurlamaqda ittiham edilərək həbs olunublar.

İstintaq müəyyənləşdirib ki, həbs edilən şəxslər Qori rayonunun Reha kəndində Bakı-Supsa magistral kəmərindən sistematik olaraq neft oğurlayıblar. 

Gürcüstan polisi faktla bağlı araşdırmaları davam etdirir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/513634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR