"Neftçi" klubu ispaniyalı hücumçu transfer edib

"Neftçi" klubu ispaniyalı hücumçu transfer edib
13:02 2 Fevral 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ “Neftçi” klubu qış transfer dönəmində sonuncu futbolçu transferini həyata keçirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə 1,5 illik müqavilə bağlanılıb. 
Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib. 
Daniel Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-ispaniyali-hucumcu-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR