Ramil Şeydayev ən zəiflər arasında

Ramil Şeydayev ən zəiflər arasında
13:05 2 Fevral 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının ilk dövrəsində forma geyinən 1996-cı il təvəllüdlü və ondan aşağı yaşlı futbolçuların siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də siyahıda yer alıb. Ümumilikdə ilk dövrədə 20 gənc oyunçu meydana çıxmaq imkanı əldə edib. 

Liderlik "Başakşəhər"li Cengiz Ündərə məxsusdur. 20 yaşlı yarımmüdafiəçi 16 oyunda iştirak edib və 1295 dəqiqə meydanda qalıb. Gənclər arasında ən məhsuldarı "Bursaspor"lu Kubilay Kanatsızkuşdur. 

Gənclər arasında ən zəif göstəriciyə malik futbolçulardan biri də Ramil Şeydayevdir. Ümumilikdə 8 futbolçu bir hissə oynamayıb. Superliqada 1 oyunda meydana çıxan Şeydayev 11 dəqiqə mübarizə aparıb və 1 sarı vərəqə almağa macal tapıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR