Acunun sevgilisinin illər əvvəlki fotosu

Acunun sevgilisinin illər əvvəlki fotosu
13:06 2 Fevral 2017
100 Şou
Ölkə mətbuatı
A- A+

TV8-in rəhbəri Acun İlıcalının sevgilisi Şeyma Subaşı son paylaşımı ilə güldürüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şeyma onun haqqında düzəldilən kollaj fotoları, "caps"ları hər zaman olduğu kimi yenə zarafatla qarşılayıb və onlardan birini paylaşıb.

Fotoda Ş.Subaşının illər əvvəl Acunun aparıcılıq etdiyi "Varmısın Yokmusun" yarışmasındakı halı və illər sonra Acunun sevgilisi kimi görüntüsü yer alıb. Müəllif fotonu "2017-ci ildən gözləntim: karyeramdan bu şəkildə sıçrayış" adı ilə təqdim edib.

Şeyma isə fotoya reaksiya verərək "Məncə, dünyanın ən yaxşı zarafat anlayışı olan insanlar bizim ölkədə yaşayır" yazıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR