Bolqarıstanda "Platinum lion" təlimləri başlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Bolqarıstan Silahlı Qüvvələri ABŞ ordusu ilə birgə təlimlər keçirir.
Təlimlərdə Rumıniya və Serbiya ordusunun bölmələri də iştirak edir. Yanvarın 30-u planlaşdırılan Beynəlxalq Qara Dəniz proqramına hazırlıq üçün təlimlərin keçirildiyi bildirilib. Bolqarıstan ordusunun 140, ABŞ-ın 250, Serbiya və Rumıniyanın isə 65 hərbçi ilə təlimlərdə iştirak etdiyi açıqlanıb.
Təlimlərin keçirilmə səbəblərindən biri kimi son günlər Ukraynanın şərqində artan gərginlik də göstərilir.
Milli.Az