Türk aktrisa "Taxt oyunları"nın seçimlərinə qatılacaq

Türk aktrisa "Taxt oyunları"nın seçimlərinə qatılacaq
13:21 2 Fevral 2017
47 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Gizem Karaca "BeStyle" dərgisinə müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "İçimdeki Fırtına" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa dünyaca məşhur olan "Game Of Thrones" ("Taxt oyunları") serialının seçimlərinə qatılacağını bildirib:

"Nyu-York Film Akademiyası"nda oxuduğum zamanlar müəllimlərimdən öyrəndiklərim və onların mənim haqqımda dedikləri müsbət fikirlər aktrisalıq planlarımı formalaşdırdı. Artıq xarici bir serialda və ya filmdə yer almaq istəyirəm. Amerikada keçirdiyim uşaqlıq illərimdə ingilis dilini yüksək səviyyədə öyrənməyim karyeram üçün çox yararlı olub. "Game Of Thrones"da iştirak etmək ən böyük arzumdu və bunun üçün seçimlərə qatılacağam".

Qeyd edək ki, o, daha öncə "Emirin yolu", "Güzel köylü", "İstanbul sokakları" seriallarına çəkilib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR