Almaniya vətəninə geri qayıdan qaçqınlara pul ödəyəcək

Almaniya vətəninə geri qayıdan qaçqınlara pul ödəyəcək
13:27 2 Fevral 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Daxili İşlər Nazirliyi könüllü şəkildə vətəninə qayıtmağa razılaşan qaçqınlara pul ödənməsini nəzərdə tutan "Başlanğıc yardım üstəgəl" adlı miqrasiya proqramının başlamasını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə nazirliyin rəsmi nümayəndəsi Yohannes Dimrot bildirib.   

Onun sözlərinə görə, fevralın 1-dən fəaliyyətə başlayan proqrama Qərbi Balkan dövlətləri istisna edilməklə 45 ölkədən olan mühacirlər düşür. Federal hökumət onun maliyyələşdirilməsinə cari ildə 40 milyon avro ayırıb.  

Nəşrin məlumatına görə, proqramın əsası könüllü geri qayıtma prinsipidir. Almaniyada sığınacaq almağa dair qərar qəbul edilmədən öncə vətənə geri qayıtmaq qərarına gələn qaçqınlara 1200 avro pul ödəniləcək. Sığınacaq verilməyən qaçqınlara, apellyasiyaya verməmək şərti ilə 800 avro ödəniləcək. 

Maliyyə kompensasiyaları 12 və yuxarı yaşı olan şəxslər üçün nəzərdə tutulur. Pul ödənişi iki mərhələdə həyata keçiriləcək. Məbləğin yarısını mühacir Almaniyaya girişdə, qalanını isə vətənində altı ay yaşadıqdan sonra alacaq. 

Dekabrın əvvəlində "Reuters" agentliyi Almaniyaya mühacir axınının kəskin azalmasına baxmayaraq, onlara qarşı yüksək həyəcanın olduğu barədə məlumat yaymışdı. Əgər 2015-ci ildə Almaniyaya Yaxın Şərqdən 890 min qaçqın gəlmişdisə, 2016-cı ildə 280 min qaçqın qeydə alınıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR