Sankt-Peterburqda Azərbaycan vətəndaşı damdan düşərək ölüb

Sankt-Peterburqda Azərbaycan vətəndaşı damdan düşərək ölüb
13:32 2 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Sankt-Peterburqda Azərbaycan vətəndaşı uşaq bağçasının damını təmir edən zaman oradan yerə yıxılaraq ölüb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxsin müvəqqəti olaraq Sankt-Peterburqda qeydiyata duran 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Miqrant uşaq bağçasının dam örtüyünün təmiri ilə məşğul olan şirkətdə briqadir işləyib.
İlkin məlumata görə, ölümə 6 metr hündürlükdən düşən zaman alınan zədə səbəb olub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sankt-peterburqda-azerbaycan-vetendasi-damdan-duserek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR