Belarus KTMT-dən çıxmağa hazırlaşır - KİV

Belarus KTMT-dən çıxmağa hazırlaşır - KİV
13:37 2 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "Regnum" agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, rəsmi Minsk Rusiya-Belarus İttifaq Dövlətini də tərk edə bilər.

"Regnum"a məlumat verən mənbə deyib ki, rəhbərliyin siyasətindən asılı olmayaraq istənilən halda Belarus xalqı qardaş xalq olaraq qalacaq.

Qeyd edək ki, rəsmi Minsk 80 ölkə vətəndaşlarına müvəqqəti vizasız rejim tətbiq etdikdən sonra Rusiya hökuməti bu ölkə ilə sərhəddə insanların və nəqliyyatın gedib-gəlişini yoxlamaq üçün sərhəd zonalarının yaradılmasına dair qərar qəbul edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR