ARDNF-in aktivlərini idarə edən bank ciddi zərərlə üzləşib

ARDNF-in aktivlərini idarə edən bank ciddi zərərlə üzləşib
13:37 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniya "Deutsche Bank"ının 2016-cı ilin IV rübündə xalis zərəri 1,89 mlrd. avro (1,94 mlrd. ABŞ dolları) təşkil edib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, analitiklər Bankın son rübdə zərərinin 1,32 mlrd. avro (1,43 mlrd. dollar) olacağını proqnozlaşdırırdılar. 
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) olan "Deutsche Asset & Wealth Management International GmbH." şirkətinin idarəetməsinə verilib.
Bankın icraçı baş direktoru Con Kryan (John Cryan) mənfəətliliyi artırmaq və kapitalı gücləndirmək üçün işçilərin bonuslarını azaltmaq və minlərlə işçini ixtisara salmaq qərarına gəlib. Qeyd edək ki, "Deutsche Bank" ABŞ-da ipoteka qiymətli kağızları ilə spekulyativ əməliyyatlar və Rusiya səhm bazarında həyata keçirdiyi "qarşılıqlı" əməliyyatlar səbəbindən 8 mlrd. dollara yaxın cərimə ödəməyə razı olub. 
"Landesbank Baden Wurttemberg"in  analitiki İngo Frommenin fikrincə, "Deutshe Bank"ın hələ kapital kəsiri var və gözlənilməyən hadisələr Bank üçün problemlər yarada bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-in-aktivlerini-idare-eden-bank-ciddi-zererle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR