"Neftçi"də ispan hücumçu

"Neftçi"də ispan hücumçu
13:42 2 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano", "Fuenlabrada", "Alxesiras", "Real Saraqosa" B, "Atletiko Pinto", "Konkense", "Atletiko Baleares", Fransanın "Olimpik Marsel" B, Avstriyanın "Admira Vakker" və "Volfsberger" klublarında çıxış edib. Daniel Seqoviya "Neftçi"də 12 nömrəli formanı geyinəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR