“Aprel müharibəsi başlanğıc idi, ardı gələcək” - Ermənistandan ŞOK ETİRAF

“Aprel müharibəsi başlanğıc idi, ardı gələcək” - Ermənistandan ŞOK ETİRAF
13:48 2 Fevral 2017
777 Digər
Ölkə mətbuatı
A- A+

“Aprel müharibəsindəki məğlubiyyət göstərdi ki, Ermənistanı oğrular və satqınlar idarə edir”.

Publika.az
xəbər verir ki, bu barədə erməni jurnalist Ramella Mnaçakanyan “armenianreport” saytında yayımlanan məqaləsində yazıb.

Erməni jurnalist qeyd edir ki, aprel müharibəsində məğlubiyyət Ermənistanın itkilərinin başlanğıcıdır: “Heç nə başa çatmayıb. Biz gələcək itkilərin cığırına daxil olduq. Lakin burada yeganə günah satqın hakimiyyətdə deyil. Hakimiyyət öz satqınlığını, oğurluğunu gizlətmir. Günahkarlardan biri də erməni xalqıdır. Çünki insanlar satqınlığı və oğurluğu görür, lakin susurlar. Bizim camaat hakimiyyətə təzyiq etməyi bacarmır. Sonuncu prezident və parlament seçkiləri də göstərdi ki, insanlar öz səslərini müdafiə edə bilmirlər. Əgər camaat müqavimət göstərə bilmirsə, onda məğlubiyyətlərin ardı gələcək”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR