Rumınıyada polislə toqquşmalar baş verib - 100 minlərlə insan küçələrdədi

Rumınıyada polislə toqquşmalar baş verib - 100 minlərlə insan küçələrdədi
13:53 2 Fevral 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Rumıniyada hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları davam edir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yüz minlərlə sakini minlərlə məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiqinə etiraz olaraq küçələrə çıxıb.

İnsanlar xüsusi halda, Buxarestdə Rumıniya hökumətinin binasının qarşısına toplaşırlar. Müxtəlif məlumatlara görə, burada 130 mindən 200 minə qədər insan var. Daha 100 min insanın isə ölkənin başqa regionlarında etiraz aksiyalarında iştirak ediblər. Etiraz aksiyaları bütövlükdə ölkənin 56 şəhərində keçirilir. Dövlət əleyhinə etirazların indiki dalğası 1989-cu ildə kommunist hakimiyyətinin devirilməsindən sonra keçirilən ən genişmiqyaslı aksiyalardır.

KİV-in məlumatına görə, etirazlar əvvələ sakit şəkildə başlanıb. Daha sonra nümayişlərə futbol azarkeşləri də qoşulublar. Onlar polisə daşlar atmağa başlayıblar. Hüquq-mühafizə orqanları nümayişçiləri gözyaşardıcı qazla cavab verib.

DPA agentliyinin məlumatına görə, paytaxt Buxarestdə etirazlar zamanı polislə toqquşmalar oldu. Son məlumatlara görə, 20 nəfər saxlanılıb. Dörd polis və iki nümayişçi toqquşmalar nəticəsində yaralanıb.

Qeyd edək ki, etiraza səbəb yeni hökumətin yanvarın 31-də Amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair iki qanun layihəsini qəbul etməsidir. Onların fikrincə, bu dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxacaq. Çünki Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Bununla yanaşı, şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulur. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 42 min avro dəyərindən az olarsa, həmin şəxsə rüşvət vermə və rüşvət alma, eləcə də korrupsiya maddələri üzrə cinayət işi açıla bilməz.

Artıq Almaniya, ABŞ, Fransa, Kanada, Hollandiya və Belçika hökumətləri Rumıniya əhalisini korrupsiyaya qarşı mübarizəni davam etdirməyə çağırıblar. Eyni zamanda, bu ölkələrin Buxarestdə akkreditə olunmuş səfirləri baş nazir Sorin Qrindyanu ilə görüşmək niyyətindədirlər.

Rumıniya prezidenti Klaus Yohannis də baş nazirə məktubla müraciət edərək hökuməti qəbul etdiyi dəyişikliklərin ləğvinə çağırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR